İtaliya A Seriyasında 2020-21 mövsümü üzrə ilin ən yaxşıları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "Yuventus"dakı gələcəyi şübhə altında olan Kriştiano Ronaldo ilin hücumçusu seçildi. 36 yaşlı portuqaliyalı ulduz mövsümü 29 qolla bombardir kimi başa vurdu.

İtaliya çempionatında ilin yarımmüdafiəçisi Nikolo Barella ("İnter"), ilin müdafiəçisi Kristian Romero ("Atalanta") seçilib. "Milan"ın sabiq qolkiperi Canluici Donnarumma isə ilin ən yaxşı qapıçısı adına layiq görülüb.