Pol Poqba "Mançester Yunayted"dən ayrıla bilər.

Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, "Yuventus"un yeni çalışdırıcısı Massimiliano Alleqri sabiq futbolçusunu sərəncamında görmək istəyir. Odur ki, İtaliya təmsilçisi ingilslərlə danışıqlara başlayacaq. Mənbənin məlumatına görə, Alleqrinin istəyinin həyata keçməsi üçün Pol Poqba-Kriştiano Ronaldo dəyişikliyi də istisna olunmur.

Qeyd edək ki, Poqba 2012-16-cı illər aralığında "Yuventus"un şərəfini qoruyub ki, bu müddətdə 4 dəfə İtaliya çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb, 1 dəfə Superkuboka sahib olub.