Türkiyə millisi və "Yuventus"un futbolçusu Merih Demiral Kriştiano Ronaldo barədə verdiyi maraqlı açıqlama ilə gündəmə gəlib.
Offsideplus.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi portuqaliyalı ulduzun türkcə sözlər öyrənmək istədiyini deyib:
"Ronaldo hər gün türkcə öyrənmək istəyir. Dibala və digər komanda yoldaşlarım da eynilə. Onlar da mənə ispan dilini öyrədirlər. Gözəl hisslərdir".