"Yuventus" rəhbərliyi Kriştiano Ronaldonu "Mançester Yunayted"in futbolçusu Pol Poqba ilə dəyişmək istəyir.

Offsideplus.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi "Mançester Yunayted" yarımmüdafiəçisi qarşılığında portuqaliyalı ulduzunu təklif edir. 2022-ci ilə qədər müqaviləsi olan Ronaldonun  illik maaşı 31 milyon avro məbləğindədir. Ödənişin "Qoca Sinyora" üçün ağır olduğu bildirilir.

Qeyd edək ki, 28 yaşlı Poqba 2012-2016-cı illərdə də "Yuventus"da çıxış edib.