"Yuventus" baş məşqçisi Andrea Pirlonu qovub.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Turin təmsilçisi 42 yaşlı mütəxəssislə yollarını ayırıb. Yaxın saatlarda klub tərəfindən rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Komandanın sükanı arxasına keçəcək baş məşqçi isə Massimilliano Alleqridir. Klub rəhbərliyinin 53 yaşlı çalışdırıcı ilə şifahi anlaşma əldə etdiyi bildirilir.
Qeyd edək ki, Pirlo 2020-ci ildən "Yuventus"un baş məşqçisi idi.