"İnter" klubu baş məşqçisi Antonio Konte ilə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Qeyd edək ki, Milan təmsilçisi Kontenin rəhbərliyi altında bu mövsüm 2010-ci ildən bəri ilk dəfə A seriyasının qalibi olub.