"Qalatasaray" və "Fənərbağça" kimi klubların hədəfində olan Aaron Bupendza İtaliya klubu ilə razılaşıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu 8 milyon avro qarşılığında "Atalanta"ya transfer olunur. Bu barədə "Gabon Review" saytı məlumat yayıb. Keçidin yaxın zamanlarda rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Bupendza 2020-21 mövsümü Türkiyə Superliqasında 22 qolla bombardir olub. Qabonlu futbolçu mövsümün əvvəlində "Anatalyaspor"la oyunda "poker" edərək adından söz etdirmişdi.