Eden Hazard karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, "Roma" Belçika millisinin ulduzunu heyətində görmək istəyir. Hazırda komandalar arasında bu yöndə danışıqlar gedir. İş burasındadır ki, "canavarlar"ın Hazardı transfer etmək iimkanı yoxdur. Ona görə də icarəyə götürmək istəyirlər. İcarə müqaviləsi baş tutacağı halda, Edenin maaşının kiçik hissəsini "Real", yerdə qalanını "Roma" ödəyəcək.
Qeyd edək ki, "Kral klubu" tez-tez zədələnən 30 yaşlı futbolçudan qurtulmaq niyyətindədir.