Mario Mancukiç "Milan"dan ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabından məlumat yayıb. İyun ayında klub ilə anlaşması başa çatan xorvatiyalı ulduz "Milan"la yeni müqavilə imzalamayıb.

"Milan" üçün oynamaq xoş idi. Klub rəhbərliyinə mənə verdikləri şans,məşqçi heyətinə gördükləri iş və komanda yoldaşlarının əla oyunçu olmaqdan əlavə, möhtəşəm insan olduqları üçün minnətdaram. Komanda yenidən Çempionlar Liqasına qayıtdığı üçün xoşbəxtəm, klubdakı hər kəsə uğurlar arzu edirəm".

Qeyd edək ki, Mancukiç bu ilin yanvar ayında "Milan"a qatılmışdı.