Cari mövsümü icarə əsasında "Lester"də keçirən Çingiz Ündər müqavilə ilə məxsus olduğu "Roma"ya qayıtmağa hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, türkiyəli ulduz bu dəfə "Milan"ın "radarına düşüb".

"Rossonyerlər" 23 yaşlı cinah yarımmüdafiəçisini yayda heyətinə qatmağa hazırlaşır.

Qeyd edək ki, Ündər mövsüm ərzində "Lester" forması ilə çıxdığı 19 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.