“Liverpul”un futbolçusu Əmrə Can yaxın vaxtlarda “Yuventus”un üzvü olacaq.
Offsideplus.az xəbər verir ki, Almaniya millisinin üzvü Çempionlar Liqasının finalında keçiriləcək "Liverpul" - "Real" oyunundan (27 may) sonra Turin klubu ilə müqavilə imzalayacaq.
Türk əsilli müdafiəçi “Yuventus”a azad agent statusu ilə keçir.
Qeyd edək ki, daha əvvəl Əmrə Canın “qoca sinyora” ilə 5 illik müqavilə imzlayacağı və ilinə 6 milyon avro qazanacağı haqda xəbərlər yayılıb.