Mayın 12-də baş tutan "Roma" ilə oyunda (4:1) əvəzləməyə görə Lautaro Martines və baş məşqçi Antonio Konte arasında gərginlik yaşanmışdı.

Offsideplus.az xəbər verir ki, dünən baş tutan məşq zamanı meydança rinqə çevrilib və Martineslə Konte üz-üzə gəlib. Zarafat məqsədilə baş tutan boks matçını Romelu Lukaku şərh edib. 

Həmin maraqlı görüntüləri təqdim edirik: