İtaliya çempionatının 36-cı turu çərçivəsində "İnter""Roma" arasında baş tutan görüşdə (3:1) ilginc hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, milanlıların ulduz futbolçusu Lautaro Martines etdiyi hərəkətlə diqqətləri üzərinə çəkib. Argentinalı futbolçu 35-ci dəqiqədə Aleksis Sançezin əvəzinə meydana daxil olub. Lakin 77-ci dəqiqədə Antonio Konte 23 yaşlı forvardı da əvəzləmək qərarına gəlib.

Baş məşqçinin qərarından hiddətlənən Martines ehtiyat oyunçular skamyasına yaxınlaşanda Kontenin əlini sıxmayıb. Bu azmış kimi qarşısına çıxan plastik su şüşəsinə təpik vurub ki, xoşbəxtlikdən komanda yoldaşlarının başına dəyməyib. Təcrübəli çalışdırıcı futbolçunun hərəkətinə sərt reaksiya verib. Lautaro varədə hansı qərarın qəbul olunacağı haqda məlumat verilmir.

Qeyd edək ki, argentinalı cari mövsümdə meydana çıxdığı 46 oyunda 18 qol vurub, 6 məhsuldar ötürmə verib.