"Yuventus"un qapıçısı Canluici Buffonun növbəti dayanacağı La Liqa ola bilər.

Offsideplus.az Footmercato-ya istinadən xəbər verir ki, "Barselona" 43 yaşlı qolkiperin agenti ilə əlaqə saxlayıb. Kataloniya təmsilçisi Buffonu Mark-Andre Ter Ştegeninin əsas əvəzləyicisi kimi görür. İtaliyalını azad agent kimi transfer edəndən sonra "Barselona" digər qapıçısı Pedro Neto ilə vidalaşa bilər.

Qeyd edək ki, Cici Buffon dünən mövsümün sonunda Turin təmsilçisindən ayrılacağını açıqlayıb.