"Yuventus"un ulduzu Kriştiano Ronaldo "Ferrari" zavoduna baş çəkib.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu dünən Turin klubunun prezidenti Andrea Anyelli və Direktorlar Şurasının sədri Con Elkann ilə birgə Maranelloya səfər edib. Ronaldo "Formula 1"də çıxış edən "Ferrari" komandasının pilotları Karlos Sayns Şarl Lekler ilə görüşüb və hər iki sürücünün öz soyadı yazılmış futbolkalarına imza atıb.

Portuqaliyalı ulduz 1,6 milyon avro dəyərində və  2,9 saniyəyə 100 km/saat sürət yığan "Monza" modelini sifariş edib. 

Qeyd edək ki, avtomobil "Yuventus" klubu tərəfindən Kriştianoya hədiyyə olunub.

Ronaldu özünə yeni avtomobil sifariş etdi

 

Ferrari Monza SP2

ferrari monza sp1 sp2 1 2