"Everton" klubunun "Yuventus"un müdafiəçisi Merih Dəmiralı transfer etmək istəməsi ilə bağlı xəbərlər yayılıb.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" türkiyəli futbolçunun keçidi üçün 60 milyon avro təzminat tələb edib.
Premyer Liqa təmsilçisi isə bu keçid üçün 30 milyon avro ödəmək fikrindədir. Mersisaydlılar qiyməti aşağı salmaq üçün "qoca sinyora" ilə danışıqlar aparacaq.
Qeyd edək ki, 23 yaşlı müdafiəçi bu mövsüm keçirdiyi 23 oyunda 1 məhsuldar ötürmə edib.