"Yuventus"un baş məşqçisi Andrea Pirlo istefa verməyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə 42 yaşlı mütəxəssis "Sky Sports"a danışıb.
"İstefa vermək? Xeyr, geri addım atmayacam. Müəyyən çətinliklərə baxmayaraq, bu işi böyük həvəslə qəbul etdim. Tam olaraq, klubun sərəncamındayam, qarşıda hələ üç oyun var, ona görə də mümkün olduğu qədər işimi görməyə davam edəcəyəm".
Qeyd edək ki, "Yuventus" dünən evdə 0:3 hesabı ilə "Milan"a məğlub olub.