"İnter" Lautaro Martineslə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İtaliya təmsilçisi 23 yaşlı hücumçusu ilə 2024-cü ilədək müqavilə imzalamağı düşünür. Yeni anlaşmada illik 5 milyon avro məvacib təklif ediləcək.
Qeyd edək ki, 2018-ci ildə "İnter"ə transfer olunan Martinesin klubla müqaviləsi 2023-cü ilin iyununda başa çatır.