Canluici Donnarumma bir neçə klubdan təklif alıb.

Offsideplus.az "La Gazzetta dello Sport" istinadla xəbər verir ki, bu barədə qapıçının agenti Mino Rayola açıqlama verib. Məşhur agent müştərisinə illik 10 milyon avro maaş şərti ilə bir neçə təklifin olduğunu deyib. "Milan" isə İtaliya millisinin üzvünə ən yaxşı halda 8 milyon avro məvacib verməyə hazırdır. Və bundan artığı haqda düşünmürlər. 

Qeyd edək ki, Donnarummanın "rossyonerlər"lə müqaviləsinin müddəti bu ilin iyununda başa çatır.