İtaliya A Seriyasının 34-cü turunda "İnter" səfərdə "Krotone"ni 2:0 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, Antonio Kontenin komandası xallarının sayını 82-yə çatdıraraq zirvədəki yerini möhkəmləndirib. Bununla da, "Yuventus" (66 xal) İtaliya çempionluğu şansını itirib. Belə ki, bundan sonra baş tutacaq oyunlarda "İnter" məğlub olsa və "Yuventus" qələbə qazansa da, Turin təmsilçisi sonda 1 xal geridə qalır. 

Qeyd edək ki, "Qoca Sinyora" 2011/2022 mövsümündən bəri ardıcıl ölkə çempionu olub.