"Fiorentina" futbolçusuna qiymət qoyub - 60 milyon avro.

Offsideplus.az "Football İtalia"ya istinadla xəbıər verir ki, "bənövşəyilər" Duşan Vlahoviçi bu məbləğdən aşağı qiymətə satmaq niyyətində deyil. 21 yaşlı serblə maraqlanan klublar arasında "Yuventus", "Milan" və "Roma" var.

Qeyd edək ki, Vlahoviç cari mövsümdə meydana çıxdığı 32 oyunda 17 qol vurub, 2 məhsuldar ötürmə verib.