“Yuventus” klubu argentinalı hücumçusu Paulo Dibalanı sata bilər.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" futbolçu ilə hələlik razılığa gələ bilməyib.

Dibalanın komandada qalıb-qalmayacağı “Yuventus”un Çempionlar Liqasına vəsiqə qazanmağından asılı olacaq. Komanda ÇL-ə vəsiqə qazana bilməsə, Dibala satılacaq.

Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm A seriyasında 16 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə verib.