"Yuventus" Merih Demiralın komandanı tərk etməsinə icazə verib.
Offsideplus.az xəbər verir ki, bu barədə İtaliyanın "calciomercato.com" saytı məlumat yayıb. Turin təmsilçisi maliyyə məsələləri və artan zədələr səbəbindən 23 yaşlı müdafiəçini satmağa hazırdır. Ötən yay türkiyəli ulduzu satmaq istəməyən "Yuventus", 25-30 milyon avroya Merihi göndərməyi düşünür. İtaliya nəhənginin əvvəlcə 35-40 milyon avro istədiyi, lakin satış qiymətini endirəcəyi bildirilir.
Qeyd edək ki, Karlo Ançelottinin "Everton"u Demiralla yaxından maraqlanan klublar arasında ilk pillədədir. Hazırda illik maaşı 1,8 milyon avro olan Merihə, "Everton" illik 3 milyon avro verməyə hazırdır.
İngiltərə klubu AVRO-2020-dən öncə transfer bitirmək istəyir. Belə ki, klub rəhbərliyi milli oyunlarından sonra müdafiəçinin "elçi"lərinin artacağını düşünür.