"Yuventus" klubu baş məşqçisi Andrea Pirlo ilə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" Çempionlar Liqasına vəsiqə qazansa belə, rəhbərlik bu mövsümün sonunda 41 yaşlı mütəxəssisi istefaya göndərəcək.
Turin təmsilçisi bu vəzifəyə sabiq baş məşqçisi Massimiliano Alleqrini gətirəcək.