"Yuventus" klubu veteran qapıçısı Canluici Buffonla yolları ayıracaq.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "qoca sinyora" 43 yaşlı qolkiperlə cari mövsümün sonunda müqavilə pozulacaq.

Buffonla maraqlanan klublar arasında "Qalatasaray"ın da adı var.

Qeyd edək ki, təcrübəli əlcək ustası 2001-ci ildə Turin təmsilçisinin sıralarına qoşulub. O, 2018/2019-cu illər mövsümünü PSJ-də keçirdikdən sonra yenidən doğma klubuna qayıdıb.