Gürcüstan millisinin və "Rubin" klubunun futbolçusu Xviça Kvaratsxeliya "Yuventus"un hədəfindədir.
Offsideplus.az "Il Messaggero"ya istinadən xəbər verir ki, Turin təmsilçisi 20 yaşlı yarımmüdafiəçi üçün 20 milyon avro xərcləməyə hazırdır. Lakin "Yuventus" digər İtaliya təmsilçisi ilə mübarizə aparmalı olacaq. Belə ki, "Milan"ın gürcü futbolçunun agenti ilə əlaqə saxladığı bildirilir.
"Calciomercato"nun məlumatına görə, Xviça Avropanın TOP-4 liqasından birində çıxış etmək istəyir.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.