Əfsanəvi qapıçılardan olan Canluici Buffon qapıçılar üçün Futbol Akademiyası açmaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə səbəbkarın özü məlumat verib. 43 yaşlı Buffon "instaqram" səhifəsində bunları yazıb: "Akademiya gələcəkdə özünü futbol dünyasında görmək istəyən 8-16 yaş arası qız və oğlanlar üçün nəzərdə tutulub. Hər zaman məşqlərin xüsusi dərəcədə önəmli olduğuna inanmışam. Həm də, bu gün hamımız ağır dönəmdən keçirik. Burada hər bir qapıçı üçün xüsusi proqramlar hazırlanır".
Qeyd edək ki, 43 yaşında karuerasını davam etdirən qolkiper A Seriyasında ən çox oyun keçirmiş futbolçudur.