İtaliya kubokunun finalında “Yuventus”a böyük hesabla (0:4) uduzan “Milan”ın baş məşqçisi Cennaro Qattuzo oyunla bağlı fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis matçsonrası mətbuat konfransında bu cür məğlubiyyətə layiq olmadıqlarını deyib:

“Futbol bu cür oyundu. 4:0 hesabı meydanda sərgilədiyimiz oyuna uyğun deyildi, lakin səhvlərimizin qarşılığını aldıq.

Mən gənc məşqçiyəm, öyrənməyə davam edirəm. Səhvlər də edirəm. Lakin bu xətalar mənim inkişaf etməyimə imkan verəcək”.