Ed Vudvordun "Mançester Yunayted"də vitse-prezidenti vəzifəsindən istefa edəcəyini açıqladıqdan sonra "Yuventus"un prezidenti Andrea Anyellinin də eyni addımı atacağı xəbərləri yayılıb.
Offsideplus.az xəbər verir ki, jurnalist Ceyms Hornkasl "Yuventus"un bu şayiələri təkzib etdiyini açıqlayıb. O, bu barədə özünün Tvitter hesabında paylaşım edib.
Qeyd edək ki, Anyelli Avropa Super Liqası layihəsinin təşkilatçılarından biri idi. O, turnirin vitse-prezidenti təyin edilmişdi.