"Atalanta" Canluici Buffonla maraqlanır.

Offsideplus.az italyan həmkarımız Nikolo Skiranın məlumatına istinadla xəbər verir ki, berqamolular 43 yaşlı qapıçının xidmətində maraqlıdır. Hazırkı qolkiper Pyerluici Qollininin karyerasını "Atalanta"da davam etdirəcəyi inandırıcı görünmədiyindən, rəhbərlik indidən axtarışa başlayıb. Buffonun bu təklifə hansı cavab verəcəyi maraq doğurur. 

Qeyd edək ki, hazırda "Yuventus"un sıralarında olan dünya şöhrətli qolkiper cari mövsümdə 11 oyunda forma geyinərək qapısından 6 top buraxıb.