Zlatan İbrahimoviç növbəti dəfə qadağaya məhəl qoymayıb.

Offsideplus.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, "Milan"ın ulduz futbolçusu eyniadlı şəhərdəki restoranların birinə baş çəkib. Belə ki, məşhur futbolçu Tano Simonato adlı dostunun Milandakı restoranında qonaq olub. Lakin tək yox, "Milan"ın sabiq futbolçusu İnyasio Abate və daha bir ortaq dostları ilə birgə. Həm də maskasız və sosial məsafə saxlamadan.

Görüşdən çəkilmiş şəkil internet resurslarında yayılandan sonra restoranın sahibi olan Simonato açıqlama verib: "Bəli, İbra, Abate və daha bir dəyərli dostumuz mənə baş çəkmək üçün gəlmişdilər. Bir neçə saat oturduq, onlar evlərinə getdilər".

Qeyd edək ki, hazırda Milanda restoranların fəaliyyətinə qadağa qoyulub. Və buna görə də görüşdə iştirak edənlərin hər birinin koronavirus qadağalarını pozduğuna görə cərimələnəcəyi gözlənilir.

Безымянный