"Yuventus" futbolçusu Paulo Dibalanın əvəzləyicisini tapıb.

Offsideplus.az “Football İtalia”ya istinadən xəbər verir ki, Turin təmsilçisi PSJ-nin hücumçusu Mauro İkardinin qarşılığında Dibalanı təklif edir. Bu transfer üçün Paris təmsilçisi ilə danışıqlara başlayan "Yuventus" İkradinin həyat yoldaşı və agenti Vanda Nara ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, Dibalanın "Yuventus"la müqaviləsi 2022-ci ilin iyun ayında başa çatır.