İsveç millisinin və "Yuventus"un futbolçusu Deyan Kuluşevski karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az Calciomercato"ya istnadən xəbər verir ki, 20 yaşlı vinger ilə "Mançester Yunayted" maraqlanır. Kulişevskinin adı bir müddət öncə də "qırmızı şeytanlar"la hallanmışdı.
Qeyd edək ki, "Yuventus" 2020-ci ildə "Atalanta"dan aldığı futbolçunu satmaq fikrində deyil.