"Milan" Mario Mancukiçlə müqaviləninin müddətini uzatmayacaq.
Offsideplus.az "La Gazzette dello Sport"a istinadla xəbər verir ki, "rossyonerlər" Mancukiçin xidmətində maraqlı deyil. Dəqiq desək, klubun Direktorlar Şurasının üzvləri Paolo Maldini ilə Frederik Massaru təcrübəli forvardın çıxışından narazıdır. Mancukiçin 2021-in yayına qədər bağlanan sözləşməsində anlaşmanın 2022-nin yayına qədər uzadılmasının mümkünlüyü qeyd olunsa da, rəhbərlik yeni müqaviləyə isti yanaşmır. Odur ki, 34 yaşlı futbolçu ilə yayda yollar ayrılacaq.
Qeyd edək ki, "Milan"a yanvarda keçən Mario mütəmadi zədələrə görə cəmi 4 oyunda forma geyinib.