Dünən baş tutan "Torino" - "Yuventus" oyununda fərqlənən Kriştiano Ronaldo daha bir göstərici əldə edib.

Offsideplus.az xəbər verir ki, rəsmi qol sayını 772-yə çatdıran portuqaliyalı ulduz futbol tarixinin bombardirliyi üzrə ikinci pilləyə qalxıb. O, bu göstəricidə Romarioya şərik çıxıb.

Qeyd edək ki, futbol tarixinin ən çox qol vuran futbolçusu 805 qolla Yozef Bitsadır.