"Napoli" futbolçusunu "Atletiko"ya satmaqdan imtina edib.

Offsideplus.az tanınmış jurnalist Nikolo Şiranın "Tvitter" səhifəsində yazdığı məlumat əsasında xəbər verir ki, madridlilər Fabiano Ruisi heyətinə qatmaqda israrlı imiş. Hətta 24 yaşlı ispana görə 50 milyon avrosundan keçməyə hazır olub. Lakin İtaliya təmsilçisindən Ruisi heç bir halda satmayacaqları bildirilib.

Qeyd edək ki, Fabiano cari mövsümdə "Napoli" formasında meydana çıxdığı 31 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.