Mauritsio Sarrinin yeni iş yeri müəyyənləşmək üzrədir.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis İtaliyanın "Roma" klubunun "sükanı arxasına" keçməyə yaxındır.
Paytaxt təmsilçisi hazırda 62 yaşlı mütəxəssislə danışıqları tamamlamaq üzrədir. "Canavarlar" Paulo Fonsekanın əvəzinə Sarrini gətirməyi planlaşdırır.
Qeyd edək ki, xarici mətbuatda Sarrinin "Fənərbağça" ilə də danışıqlar apardığı barədə xəbərlər yayılmışdı.