"Milan" klubu qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə barədə razılığa gələ bilmir .
Offsideplus.az xəbər verir ki, "rossonyerlər" italiyalı qolkiperə illik 7 milyon avro maaş alacağı müqavilə təklif edib, ancaqo, bunu rədd edib. Səbəb Donnarummanın daha çox pul qazanmaq istəməsidir.
Qeyd edək ki, sözügedən oyunçu yayda azad agent statusuna malik olacaq.