Mario Mancukiçin "Milan"dakı gələcəyi qeyri-müəyyəndir.

Xeyli vaxtdır zədədən əziyyət çəkən xorvatiyalı hücumçu komandasına lazımi dəstəyi verə bilmir.

Offsideplus.az "Football İtalia"ya istinadla xəbər verir ki, Mancukiçin agenti Covanni Brançini müştərisinin karyerasını "Milan" formasında davam etdirib-etdirməyəcəyini bilmir: "Mario "Milan"a gəldiyi gündən zədələrlə üzləşdi. Təəssüf ki, o, bu gün də komandaya kömək edə bilmir. Bildiyimə görə, kollektiv məşqlərə gələn həftə başlayacaq. Mövsüm başa çatandan sonra "Milan"da qalıb-qalmayacağı dəqiqləşəcək. Komandanı tərk etməli olsa, başqa variantlar üzərində işləyəcəyik".

Qeyd edək ki, "rossyonerlər"lə yanvarda anlaşan təcrübəli forvard cəmi 158 dəqiqə meydanda olub ki, nə qol vurub, nə də məhsuldar ötürmə verib. Marionun klubla müqaviləsi mövsümün sonuna qədərdir.