Kriştiano Ronaldonun kapitan sarğısını yerə çırpması birmənalı qarşılanmadı.
Artıq bir neçə gündür ötənlərin məşhur futbolçuları məsələyə münasibət bildirir, fikrini ortaya qoyur. Bu dəfə İtaliya futbolunun və "Yuventus"un tarixinə adını yazdırmış Alessandro Del Pyero dilə gəlib.
Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, 46 yaşlı mütəxəssis Ronaldonun hərəkətini pisləyib: "Buna həddini aşan reaksiya deyirlər. Bu cür davranmamalıydı. Hakimlə hansısa epizodu müzakirə edəndə əsəbləşmək, uca səslə danışmaq normaldır. Amma kapitan sarğısını yerə çırpıb getmək Ronaldo kimi futbolçunun adına yaraşmır".
Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya ilə Portuqaliya arasında baş tutan görüşün (2:2) sonlarında hakim portəgizlərin qolunu qeydə almamışdı ki, özündən çıxan Ronaldo qolundakı kapitan sarğısını yerə çırpmışdı.