"Yuventus"un sabiq çalışdırıcısı Massimiliano Alleqri 3 il əvvəl "Real"ın ona təklif göndərdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə "Sky Sport Italia"ya danışıb.

"3 il öncə "Real" rəhbərliyi mənimlə əlaqə saxladı. "Yuventus"da qalacağıma söz vermişdim. Bu səbəbdən təklifi rədd etdim".

"Yuventus"a mümkün dönüşü barədə suala təcrübəli çalışdırıcı bu cür cavab verib: "Demək çətindir. Bundan əlavə, Andrea Pirlo hazırda komanda başındadır və məncə, işləri yaxşı gedir".

Qeyd edək ki, Alleqri 2014-2019-cu illərdə "Yuventus" komandasına rəhbərlik edib.