İtaliya A Seriyasının 28-ci turunda baş tutması nəzərdə tutulan "İnter" - "Sassuolo" matçı təxirə salınıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna hər iki klubdan bir neçə futbolçunun koronavirusa yoluxmasıdır. Belə ki, Stefan de Vrey və Mattias Vesinoda COVİD-19 virusuna yoluxma aşkarlanıb. Bundan əlavə, "Sassuolo" klubu da komandada koronavirus testi pozitiv nəticələnən futbolçular olduğunu açıqlayıb.

Milan Səhiyyə İdarəsi sözügedən matçı ləğv edib, "İnter"in bütün futbolçularının milli komandaların düşərgələrinə yollanmağına qadağa qoyub. "La Gazetto dello Sport" "İnter" - "Sassuolo" matçının aprelin 7-də baş tutacağını bildirib.