"Trabzonspor"un qapıçısı Uğurcan Çakır İtaliya nəhənginin hədəfindədir.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2001-ci ildən qapısını qoruyan Canluici Buffon kimi "Yuventus" gənc qapıçı axtarışındadır. "Qoca Sinyora" 24 yaşlı qolkiperi bəyənib. Xüsusilə "Fənərbağça" ilə oyunda 6 seyv edən futbolçu Turin klubu rəsmilərinin diqqətini çəkib.
Futbolçunun transferi üçün ya AVRO-2021-in başa çatması gözləniləcək, yaxud ciddi rəqiblər çıxmadan turnir öncəsi razılığa gəlinəcək. İstənilən halda, Çakırın bu mövsümün sonunadək "Trabzonspor"da göstərdiyi performans taleyini həll edəcək.
Qeyd edək ki, "Liverpul" və "Mançester Yunayted" kimi İngiltərə klubları Uğurcan Çakırı yaxından izləyir.