"İnter" klubunun futbolçusu Arturo Vidal zədələnib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı çilili yarımmüdafiəçi ən azı 1 ay müddətinə sıradan çıxıb.
Futbolçu sol dizindən əməliyyat ediləcək.
Qeyd edək ki, 2020-ci ildən "İnter"in şərəfini qoruyan Vidal "neradzurra" bu mövsüm forması ilə çıxdığı 30 oyunda 2 qol vurub., 2 məhsuldar ötürmə verib.