Kşiştof Piontek maraqlı açıqlama ilə gündəmə gəlib. 

Offsideplus.az "Football İtalia"ya istinadla xəbər verir ki, "Herta"nın üzvü açıqlamasında "Milan"ı Zlatan İbrahimoviçə görə tərk etdiyini deyib: "Zlatanın gəlişi "Milan"ı tərk etmək istəyimin əsas səbəbiydi. Mən 5-6 ardıcıl oyunda ehtiyat oyunçular skamyasında otura bilməzdim. İbrahimovç oyundadırsa, meydanı yalnız zədə aldığı halda tərk edir. Onun gəlişindən sonra bir neçə matçda şans qazanmadım. Bir dəfə kubok görüşündə "11-lik"də yer aldım, həmin oyunda qol vurdum, üstəlik, məhsuldar ötürmə etdim. Növbəti qarşılaşmada yenə ehtiyatda qaldım. Bəlkə də səbrim çatmadı, lakin həmin an üçün belə qərar qəbul etmək daha yaxşı idi".

Qeyd edək ki, Piontek 2019-un yanvarından 2020-nin yanvarına qədər "Milan"ın şərəfini qorusa da, ötən il 24 milyon avro qarşılığında "Herta"ya keçmişdi.