"Yuventus" klubu növbəti mövsüm üçün heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" "Mançester Siti"nin forvardı Serxio Aqueronu sıralarına qatmaq istəyir.
A Seriya təmsilçisi "şəhərlilər"lə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq 32 yaşlı futbolçunu azad agent kimi transfer etməyi planlaşdırır.
Rəhbərlik Aqueronun Kriştiano Ronaldo ilə əla tandem təşkil edəcəyinə inanır.
Qeyd edək ki, Aquero 2011-ci ildən "Mançester Siti"də çıxış edir.