"Yuventus"un 43 yaşlı qapıçısı Canluici Buffon karyerasını bitirəcəyi tarixi açıqlayıb.

Offsideplus.az "Guardian"a istinadən xəbər verir ki, ulduz qolkiper 2023-cü ilə qədər oynamaq istədiyini deyib. O, cari mövsümün sonunda da futbolla vidalaşa biləcəyini istisna etməyib.

Qeyd edək ki, peşəkar karyerasında 26 il keçirən Buffon "Yuventus"la 681 oyuna çıxıb.