"Mançester Yunayted"in futbolçusu Aleks Telles ilə "İnter" yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisi braziliyalı müdafiəçini transfer etməyi planlaşdırır. "İnter" mövsümün əvvəlində 40 milyon avroya "qırmızı şeytanlar"a keçid edən Terres üçün yaxşı məbləğ təklif edərsə, futbolçunu heyətinə qata bilər.

Qeyd edək ki, Telles, 2014-2016-cı illərdə "Qalatasaray"da çıxış edib. "Cim-bom" 28 yaşlı futbolçunu 2015-16 mövsümündə "İnter"ə icarəyə vermişdi.