Zlatan İbrahimoviç növbəti dəfə zədələnib.

Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, 39 yaşlı forvard başından aldığı zədə səbəbindən bir müddət yaşıl meydanlar üzünə həsrət qalacaq. Belədə, o, Avroliqanın 1/16 final mərhələsi çərçivəsində "Mançester Yunayted"lə oyunları kənardan izləməli olacaq. 

Qeyd edək ki, "İbra" 2016-18-ci illər aralığında "Mançester Yunayted"in şərəfini qoruyub.