A Seriyasında mübarizə aparan "Krotone" baş məşqçi ilə yollarını ayırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Covanni Stroppa ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Səbəb komandanın uğursuz nəticələridir. Saytda yazılanlar: "3 illik birgə əməkdaşlığımız çərçivəsində gözəl anlar yaşadıq. Təbii ki, çətin dönəmlər də oldu. Klub adından Covanni Stroppaya "Krotone"ni tarixində ikinci dəfə A Seriyasında yüksəltdiyi üçün təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".
Qeyd edək ki, "Krotone" 24 turdan sonra 12 xal toplamaqla sonuncu pillədə qərarlaşıb.